Ankara Universitetinin professoru Mərkəzi Gömrük Hospitalında qonaq olub
09.04.2022 11:38

8 aprel 2022-ci il tarixində Ankara Universitetinin Tibb fakültəsinin professoru Ömer Erdeve Mərkəzi Gömrük Hospitalında qonaq olub. 

 

Ömer Erdeve ilkin olaraq Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi Telman Aytayev, şöbənin pediatr-neonatoloqu Təranə Göyüşova və Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə iştirak ediblər.

 

Əvvəlcə türkiyəli professora Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının fəaliyyət istiqamətləri, o cümlədən elmi-təcrübi tədris işinin təşkili barədə geniş məlumat verilib. Qarşılıqlı əməkdaşlıq imkanları və gələcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

 

Daha sonra Ömer Erdeve Hospitalın iş şəraiti ilə yaxından tanış olub. O, Hospitalın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb