Hansı bitkilər insanın psixi sağlamlığına müsbət təsir göstərir?
08.04.2022 17:06

Nəfəs aldığımız havanın çirklənmə nisbəti günü-gündən artır və bu, bir sıra sağlamlıq problemləri yaradır. Bu səbəbdən son vaxtlar havanın təmizlənməsi aparatlarına maraq artıb. Lakin yeni tədqiqatlara görə, bəzi bitkilər ev və ofislərdəki çirkli havanı təmizləməyə qadirdir.

 

Aztibb.az tibbi saytlara istinadən bildirir ki, İngiltərədə aparılan yeni tədqiqatlar bəzi bitkilərin evdə və ya ofisdə havada toplanan çirkləndirici maddələrin səviyyəsini əhəmiyyətli dərəcədə azalda bildiyini üzə çıxarıb. Qeyd edək ki, bizi əhatə edən bitkilər psixi sağlamlığımıza da yaxşı təsir göstərir.

 

Birmingem Universiteti tərəfindən aparılan tədqiqatlar, bitkilərin havada azot dioksid çirkləndiricisinin səviyyəsini 20 faizə qədər azaltdığını müəyyən edib. Azot dioksid çox zərərli qazdır və aşağı konsentrasiyada onu aşkar etmək çətindir. Xüsusilə böyük şəhərlərdə avtomobil sıxlığı və sənaye müəssisələrinin havaya atdığı tüstü səbəbindən onun miqdarı çoxdur. Bu qazın havada olması insanlarda başağrısı və başgicəllənməyə səbəb olur.

 

Tədqiqatda spatifilyum, drasena və zamiokulkas bitkilərinə diqqət yetirilir. Bu üç bitki əvvəlcə azot dioksidin yüksək miqdarda olduğu otağa qoyuldu, 1 saat sonra bitkilərin havadakı azot dioksid qazının yarısını azaltdığı müəyyən edildi. Tədqiqata rəhbərlik edən professor Kristian Pfanq Daily açıqlamasında: “Seçdiyimiz bitkilərin hamısı fərqli idi. Lakin onların hamısı azot dioksidi havadan çıxarmaq üçün heyrətamiz dərəcədə oxşar xüsusiyyət nümayiş etdirdi. Biz bu dərəcədə yüksək nəticə gözləmirdik”, - dedi.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub