Piylənmədən əziyyət çəkənlər oruc tutmamalıdır - Türkiyəli professor
08.04.2022 14:39

Piylənmə bədəndə yağ kütləsinin surətlə artması nəticəsində bədən çəkisinin normadan artıq olması xəstəliyidir. Piylənmə xəstəliyi insanlarda uşaqlıq və yeniyetməlik vaxtlarından başlayır. Səbəb olan amillər dəqiq müəyyən edilməsə də, şəxsin düzgün qidalanmama və fiziki fəaliyyətinin azlığı xəstəliyin inkişaf etməsində böyük rol oynayır. Bundan əlavə, piylənmənin yaranmasında genetik, nevroloji, fizioloji və psixoloji hallar da rol oynayır.

 

AZtibb.az haberturk.com.tr-yə istinadla xəbər verir ki, uşaqlıqdan başlayan problem yeniyetməlik dövründə ciddi və təhlükəli vəziyyət yarada, başqa xəstəliklərin yaranmasına gətirib çıxarda bilər. Hazırda dünya ölkələrinin ən vacib səhiyyə problemlərindən biridir. Piy toxuması yetkin kişilərdə 15-18 faiz, qadınlarda isə 20-25 faiz təşkil edir. Bu nisbətən kişilərdə 30 faizdən, qadınlarda isə 35-40 faizdən çox olarsa piylənmə prosesi baş verir. Sağlam həyat yaşamaq üçün qəbul olunan enerji ilə sərf olunan enerji eyni miqdarda olmalıdır. Piylənmə xəstəliyinin müalicəsinin bir sıra üsulları var: pəhriz, məşq terapiyası, davranış dəyişiklikləri, farmakoloji müalicə və cərrahi əməliyyat.

 

Professor Kaya Yorgancı Ramazan ayı müddətində oruc tutmağın piylənmədən əziyyət çəkənlər üçün təhlükəli olduğunu deyib. Professor qeyd edir ki, xəstələr oruc tutaraq arıqlaya biləcəklərini düşünür, lakin uzunmüddətli aclıqdan sonra qəbul edilən yemək piy toxumasını kəskin şəkildə artırır. K.Yorgancı müsəlman ölkələrinin əhalisini Ramazan ayında daha diqqətli olmağa çağırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub