Bir çox xəstəliklərin müalicəsində istifadə edilən sarıkökün FAYDALARI
08.04.2022 15:26

Sarıkök Asiya ölkələrində geniş istifadə olunan, “hind zəfəranı”, “sarı rəng”, “zəfəran kökü”, “sarı çöp” kimi adlandırılan, zəncəfillər fəsiləsinə aid çoxillik, sarı çiçəkli, iri yarpaqlı ot bitkisidir. Sarıkök antioksidant tərkibi ilə yanaşı, kurkuminlə zəngin ədviyyat növüdür. Kurkumin sarıkök bitkisinin köklərindən əldə edilən sarı bir komponentdir, suda həll olmayan, işığa həssas, hidrofob və tautomer birləşmədir. Polifenolik birləşmə olan sarıkökün acı dadı var.

 

Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Xədicə Doldolova və Aysel Məmmədovanın hazırladığı elmi məqalədə bəhs olunur.

 

Sarıkök soyuqdəymə, öskürək, sinuzit, revmatik xəstəliklər və dəri xəstəliklərində istifadə edildiyi üçün hind təbabətində mühüm əhəmiyyətli bitki hesab olunur. Məhz bu səbəbdən Hindistanda və Çində sarıkök çox becərilir. Qantəmizləyici, eləcə də dəriyumşaldıcı xüsusiyyətə malik olduğu üçün sarıkökdən dəri xəstəliklərin müalicəsində tətbiq edilən kremlərin və sabunların istehsalında, kəsik və yaraların ev şəraitində müalicəsində istifadə olunur. Eyni zamanda kurkumin leykoz, mədə-bağırsaq sistemi, ağciyər, sidik-cinsiyyət orqanları, yumurtalıq, döş xərçəngi xəstəliklərinin qarşısının alınmasında profilaktik xüsusiyyətlərə malikdir. Sarıkökün antioksidant və iltihab əleyhinə malik xüsusiyyətləri Alzheymer xəstəliyi, kataraktanın əmələ gəlməsi, dağınıq skleroz, qaraciyərin zədələnməsi, infarkt, insult və bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rola malikdir.

 

Ənənəvi təbabətdə geniş istifadə olunan kurkumin bir çox məqsədlər üçün istifadə edilir. Son 30-40 ildə kurkumin haqqında çoxlu elmi araşdırmalar aparılıb, xüsusilə onun iltihab və xərçəng əleyhinə təsirləri vurğulanıb. Hazırda xərçəng xəstəlikləri ilə mübarizədə, kimyaterapiyada kurkumindən istifadə maraq doğurur. Həmin maddə xərçəngin bütün mərhələlərində, kanserogenezdə və metastaz prosesində iştirak edən hüceyrələri inhibə etmək qabiliyyətinə malikdir.

 

Kurkuminin antioksidant xüsusiyyəti toxuma hüceyrələrini toxumada əmələ gələn və DNT-yə zərər verə bilən sərbəst radikallardan qorumaq üçün imkan yaradır. Xərçəng hüceyrələrinin əmələ gəlməsinin səbəblərindən biri toxuma hüceyrələrində DNT-nin mutasiyasıdır. Həmin komponent bədəndəki mutasiyaya uğramış xərçəng hüceyrələrini məhv edir və onların bədənə yayılması və daha çox zədələnməsinin qarşısını alır.

 

Tədqiqatlar göstərir ki, kurkumin bir çox müxtəlif xərçəng növlərinin müalicəsində istifadə edilə bilər. 65-dən çox klinik araşdırma nəticəsində müəyyən edilib ki, kurkumin xərçəng xəstələrinin istifadəsi üçün təhlükəsiz və təsirlidir. Təkbaşına kurkumin istifadəsinin xərçəng xəstələrinə təsirli olduğunu ifadə etməklə yanaşı, müxtəlif xərçəng əleyhinə birləşmələrlə birlikdə çox müsbət nəticələrin alındığı da sübuta yetirilib.

 

 

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib   
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir