Sağlamlıq imkanları məhdud 76 uşaq evdə reabilitasiyaya cəlb edilib
08.04.2022 12:15

“0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqların evdə sosial reabilitasiyaya cəlb olunması ilə bağlı 2021-ci ilin 1 iyun tarixində start verilən layihə çərçivəsində ötən dövr ərzində 76 uşağa xidmət göstərilib”.

 

Aztibb.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat"da deyib.

 

O, bildirib ki, layihə pilot olaraq, ilk növbədə Bakı şəhəri üzrə aparılır:

 

"23 uşağın reabilitasiyası uğurla başa çatdırılıb. 27 uşaqla bağlı da qiymətləndirmə yekunlaşıb və yaxın zamanda onlar da reabilitasiyaya cəlb olunacaqlar. Bu reabilitasiya tam ödənişsizdir. Əməkdaşlarımız evlərə gedərək uşaqların vəziyyətini qiymətləndirir və valideynlərin razılığı ilə onlara reabilitasiya xidmətləri göstərilir".

 

Faiq Ağayev qeyd edib ki, bir uşaqla prosesin 6 ay müddətində aparılması nəzərdə tutulub:

 

“Lakin uşağın vəziyyətindən asılı olaraq bu müddət uzana bilər. Bir ailədə bir neçə sağlamlıq imkanı olan uşaq varsa, onlar 0-6 yaş aralığındadırsa, hər birinə xidmət göstərilir. Həmin uşaqların sağlamlıq imkanları qiymətləndirilərək, qrup və fərdi şəkildə xidmət aparılır”, - o əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır