Bütün sağlamlıq xərclərimi icbari tibbi sığorta qarşılayır - “Kliniki Tibbi Mərkəzin pəncərəsində” 
08.04.2022 11:33
I və II Qarabağ müharibəsi iştirakçısı Məhərrəm Əliyev Kliniki Tibbi Mərkəzdə həm şəkərli diabet xəstəliyindən, həm də müharibədən sonra yaranan sinir sistemi xəstəliyindən müalicə alır.
 
"Hər iki Qarabağ müharibəsində də yaralanmışam. Bura gəlməzdən əvvəl digər xəstəxanalarda da müalicə alırdım. Sonra Kliniki Tibbi Mərkəzə gəlməyi məsləhət gördülər. Artıq 10 gündür müalicədəyəm. Bütün xərclərimi icbari tibbi sığorta qarşılayır. İnana bilmirəm ki, pulsuz müalicə alıram".
 
Qazi M.Əliyev Mərkəzdə göstərilən xidmətlərdən razılığını ifadə edib, istifadə edilən dərmanlara vaxtlı-vaxtında nəzarət edildiyini bildirib.
 
"Deyə bilərəm ki, səhhətimdə yaxşı mənada çox dəyişiklik olub. Göstərilən bu diqqət və qayğıya görə əməyi keçən hər kəsə təşəkkür edirəm”, - o, vurğulayıb. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır