"Öskürək ürək tutması və infarkt öncəsi vəziyyətdən xəbər verə bilər" - Uzman həkim
08.04.2022 09:39
"Hər öskürək soyuqdəymə və ağciyər ilə əlaqəli deyil".
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, öskürək ürək tutması və infarkt öncəsi vəziyyətdən xəbər verə bilər.
 
Ağciyərləri qan və oksigenlə təmin edən ürəkdə problem olduğu zaman ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir.
 
Ürək öskürəyini necə fərqləndirməli?
 
- Əvvəlcə öskürək tutmaları müəyyən hərəkət və vaxtlarda baş verir: məsələn, uzanıqlı vəziyyətdə.
- Daha sonra öskürək intensivləşərək quru olur.
- Ağır ürək çatışmazlığında öskürək zamanı qan gələ bilər.
- Öskürək təkcə müəyyən yaşdan sonra deyil, uşaqlarda da ola bilər (daha çox anadangəlmə ürək qüsurlu uşaqlarda).
- Ürək öskürəyi quru olur, ağciyərlərdən bəlğəm gəlmir.
- Xəstə dərindən nəfəs ala bilmir, tez-tez səthi nəfəs alıb verir.
- Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.
- İnfarktdan bir həftə və ya bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrətmə hiss olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub