Tibb işçiləri mənzil alarkən 46 min manata qədər endirim əldə edəcəklər
07.04.2022 15:20

7 Aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "PMD Group" xalqımızın sağlamlığının keşiyində dayanan tibb işçiləri üçün aprel ayına özəl xüsusi endirim kampaniyası təklif edir.

 

Belə ki, aprel ayı boyunca həkimlər və tibb işçiləri şəhərin mərkəzində yerləşən premium komplekslərdən mənzil alarkən 46.000 AZN-ə qədər endirim əldə edəcək.

 

“PMD Group”un aprel ayı kampaniyası şəhərin müxtəlif yerlərində yerləşən və çoxsaylı üstünlükləri ilə fərqlənən layihələrə şamil olunur. Nümunə olaraq, "Gumush Residence", “Nizami Boutique House”, "Hillside Residence" şəhərin mərkəzində möhtəşəm mənzərəsi, yüksək keyfiyyəti və vəd etdiyi həyat tərzi ilə tamamilə fərqli bir konsept gətirən komplekslərdir. Bu komplekslərdən aprel ayı boyunca mənzil sahibi olan tibb işçiləri isə 30.000 AZN-ə qədər endirim əldə edəcək.

 

Premium yaşayış binaları "Üzeyir Hacıbəyli 57" və "Zərifə Əliyeva 53" isə şəhərin modern və ritmik nəbzini tutmağa imkan verir, müasir biznes və alış-veriş mərkəzləri, lüks otellər və butiq mağazaların əhatəsində yerləşir. 46.000 AZN-ə qədər endirimlə təklif olunan bu mənzillər isə mərkəzdə yaşamaq anlayışını özündə təcəssüm etdirir. 

 

Şərq rahatlığı ilə qərb keyfiyyətini özündə birləşdirən “Təbriz Evləri” və vəd etdiyi yüksək keyfiyyətli həyat tərzi ilə “Grand Park Plaza” premium yaşayış kompleksi infrastruktur baxımından əlverişli ərazidə yerləşir və tibb işçiləri üçün 28.000 AZN-ə qədər endirim imkanı təklif edir.

 

Həmçinin bu mənzilləri 20% ilkin ödəniş, 5%-dən başlayan faiz dərəcəsi və 20 illik ipoteka ilə əldə edə bilərsiniz.

 

Bu sərfəli şərtlərdən faydalanmaq və xəyal etdiyiniz mənzilinizə sahib olmaq üçün https://www.fmg.az/menzil-satisi saytımızdan məlumat ala və ya *5775 ilə əlaqə saxlaya bilərsiniz.

 

marja.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib