Azərbaycana qanunsuz yolla xeyli dərman gətirilməsi aşkarlanıb
07.04.2022 15:00

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə DGK xəbər yayıb.

 

Xəbərə görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılıb və Yevlax gömrük postuna gətirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri - 43526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd məlhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib