ATU ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında memorandum imzalanıb
07.04.2022 15:00

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib.

 

Görüşdə iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkənin tibb təhsili verən yeganə ali məktəbi barədə qonağı məlumatlandırıb, universitetin beynəlxalq əlaqələri, xarici ölkələrdəki universitetlərlə əməkdaşlığı haqqında danışıb.

 

Professor G.Gəraybəyli qeyd edib ki, ATU xarici tələbə sayına görə Azərbaycanda birinci yerdədir. Bir sıra ölkələrin universitetləri ilə tələbə, müəllim mübadiləsi həyata keçirir: "O cümlədən elmi-tədqiqat işlərini, birgə layihələri təmin edən ikitərəfli müqavilələr fəaliyyətdədir. Bu il universitetimizin 3 təhsil proqramının beynəlxalq akkreditasiyadan keçməsi müasir dünya ilə inteqrasiya kontekstində çox önəmlidir”.

 

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens bu qurumun ölkəmizdəki fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verib. O, ATU-nu UNİCEF-lə ÜST-ün yeni birgə layihəsinə qoşulmağı təklif edib var. "Biz akademik araşdırmalar üzərində birgə işlər apara bilərik. Bu gün imzaladığımız memorandum bir deyil, artıq bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrimizi nəzərdə tutur. Tədris proqramlarının yenilənməsi, elmi işlər və s. bura daxildir”.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev isə UNİCEF-lə universitet arasındakı əlaqələr, aparılan işlər haqqında məlumat verib.

 

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Görüşün sonunda ATU və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır