Qonşu ölkələrdə COVID-19 ilə bağlı SON vəziyyət
11.09.2020 11:21

Aztibb.az qonşu ölkələrdə son 24 saat ərzində koronavirusla bağlı qeydə alınan statistikanı təqdim edir.

 

Türkiyədə son sutka ərzində koronavirusdan 58 nəfər dünyasını dəyişib, 1512 nəfər isə virusa yoluxub.

 

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 6 895-ə, yoluxanların sayı isə 286 455-ə yüksəlib. Son 24 saat ərzində 1219 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 255 407-yə çatıb.

 

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 9 nəfər koronavirusdan dünyasını dəyişib.

 

Bununla da paytaxtda COVID-19 qurbanlarının sayı 4 956-ya çatıb.

 

Ümumilikdə Moskvada 269 mindən çox insan koronavirusa yoluxub, 226 mindən çox insan isə virusa qalib gəlib.

 

Digər qonşu ölkədə - Gürcüstanda koronavirusa yoluxma halları artmaqda davam edir. Belə ki, son sutka ərzində ölkə ərazisində 87 nəfər virusa yoluxub. Bu, pandemiya başlayandan Gürcüstanda qeydə alınan ən yüksək göstərici olub.

 

Bu günədək ölkədə yoluxanların sayı 1 917 nəfərə çatıb. Onlardan 19 nəfəri həyatını itirib. 544 nəfərin müalicəsi davam edir.

 

Ermənistanda isə koronavirusa yoluxanların sayı 45 503 nəfərə çatıb. Son sutka ərzində 177 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır