Bağırsaqlarda xərçəng xəstəliyinin əmələ gəlmə SƏBƏBLƏRİ
07.04.2022 07:53

Bağırsaqların xərçəng xəstəliyi bədxassəli şiş xəstəliyi hesab edilir və bağırsaqların divarının zədələnməsinə səbəb olur. Bağırsaqlarda xərçəng xəstəliyi 60% hallarda yoğun bağırsaqda əmələ gəlir və siqmavari bağırsağa yayılır. 40% hallarda isə xərçəng xəstəliyi düz və ya kor bağırsaqda əmələ gəlir. Nazik bağırsaqlarda xərçəng xəstəliyinə nadir hallarda rast gəlinir.

 

Aztibb.az xəbər verir ki, bağırsaq xərçənginin araşdırmaları ilə məşğul olan Robert Kox adına İnstututun alimləri bağırsaqlarda əmələ gələn xərçəngin 16%-nin xərçəngin yeni növü olduğunu aşkara çıxarıb. 

Bədxassəli bağırsaq xərçənginin 90%-i bağırsaqların selikli qişasının pozulmaları səbəbindən meydana gəlir. Bağırsaq xərçənginin əmələ gəlməsində poliplərin və adenomaların rolu böyükdür. Adenomalar və poliplər nəzarətə aılna bilinməyəcək hüceyrələrin inkişafına səbəb olur və mutasiyaya uğrayır. Bu da şiş toxumasının sürtələ inkişaf etməsinə və bədxassəli şiş toxumasına çevrilməsinə səbəb olur. Xoşxassəli şiş toxumasının (adenoma, polip) bədxassəli toxumaya çevrilməsi prosesi 5-10 il vaxt aparır.

Bağırsaq xərçənginin əlamətləri aşağıdakılardır:

 
* nəcisdə gözlə görünən qanın olması
* bəzən qəbizlik, bəzən ishalın olması
* düz bağırsaqda yalançı defekasiya simptomlarının olması
* nəcisdə gizli qanın olması

Bağırsaq xərçənginin əmələgəlmə səbəbi nələr ola bilir?


* artıq çəki
* az hərəkətlilik
* xroniki alkoqolozm
* düzgün qidalanmamaq (həddindən çox yağlı və ya hisə verilmiş qidaların qəbulu)
* bağırsaqların xroniki iltihabi xəstəlikləri
* irsi meyillik (20-25% hallarda)

Bağırsaqlarda xərçəng inkişaf etdikdə xəstədə aşağıdakı əlamətlər meydana çıxır:
* bağırsaq fəaliyyətinin pozulmaları
* qarın boşluğunda ağrılar
* zəiflik, tez yorulma
* anemiya
* nəcisdə qan

Xəstəliyə diaqnozun qoyulmasında anamnezin, kliniki müayinələrin, rektal müayinənin, endoskopik müayinənin, MRT-nin, KT-nin müayinəsinin rolu böyükdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub