“Ana bətnindən başlayan sağlamlıq” mövzusunda vebinar keçirilib
07.04.2022 09:40

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə 7 aprel - Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Ana bətnindən başlayan sağlamlıq” mövzusunda vebinar həyata keçirilib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova açılış nitqi ilə çıxış edərək vebinar iştirakçılarını salamlayıb və hamiləliyin düzgün idarə edilməsinin doğulacaq körpə üçün olduqca mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Rəis müavini bildirib ki, ana-uşaq sağlamlığının qorunması və onların rifahının yüksəldilməsi dövlət siyasətimizin başlıca vəzifələrindəndir. O, bu uğurlu siyasət nəticəsində Mərkəzi Gömrük Hospitalında ana-uşaq sağlamlığının təmin olunması istiqamətində yüksək səviyyəli tibbi xidmətlərin təşkil edildiyini diqqətə çatdırıb.

 

"Pandemiyadan öncəki müddətdə Mərkəzi Gömrük Hospitalında ana və uşaqlara göstərilən tibbi xidmətlər beynəlxalq standartlara əsaslanırdı. Təbii ki, bu xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq fəaliyyətlər icra edilməkdədir”, - deyə Rəna Qasımova qeyd edib. Rəis müavini çıxışının sonunda vebinarın işinə uğurlar arzulayıb, dinləyiciləri sual-cavab sessiyalarında aktiv olmağa dəvət edib.

 

Daha sonra “Hamiləliyin izlənməsinin ana və körpə sağlamlığı üçün əhəmiyyəti”, “Hamiləlik dövründə sağlam qidalanma rejimi”, “Hamiləlik zamanı dəriyə qulluq”, “Hamiləlik və zahılıq dövründə psixoloji vəziyyət”, Hamiləlik zamanı fiziki aktivliyin əhəmiyyəti” və “Hamiləlik zamanı dərmanlardan doğru istifadə” mövzularında məruzələr dinlənilib, suallar cavablandırılıb.

 

Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanan vebinarın sonunda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramova bağlanış nitqi ilə çıxış edərək Mərkəzi Gömrük Hospitalı tərəfindən əhalinin maarifləndirilməsinə istiqamətləndirilmiş sosial tədbirlərin davamlı xarakter daşıyacağı barədə məlumat verib. O, interaktiv müzakirələrə görə vebinar iştirakçılarına və məruzəçilərə təşəkkür edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb