Gecə klubundakı partlayışda xəsarət alanlardan 2-si özəl xəstəxanaya köçürülüb
06.04.2022 15:41

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

 

TƏBİB-dən bildirilib ki, quruma tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb.

 

Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

 

Qeyd edək ki, xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.

 

Xatırladaq ki, baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət almış, 1 nəfər həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib