"Dünyanın ən sağlam yeməyi" – Tanınmış türkiyəli həkimdən RESEPT
06.04.2022 09:55

Tanınmış türkiyəli həkim "dünyanın ən sağlam qidası" adlandırdığı yeməyin reseptini paylaşıb.

 

Türkiyəli həkim Canan Karatayın sözlərinə görə, ravənd çox faydalı olduğundan, pəhriz zamanı istifadə olunan ən sağlam qidalardan biridir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, professor Karatay müsahibəsində ravənd yeməyin faydalarından danışıb, eləcə də ondan istifadə edərək yeməklər bişirməyi tövsiyə edib.

 

Həkimin sözlərinə görə, bu bitki mənşəli məhsul bir çox vitaminlərlə, o cümlədən antioksidantlarla zəngindir (onun tərkibində A, B1, B2, C, E, K vitaminləri var), nəticədə o, orqanizmin iltihaba qarşı müdafiəsini yaxşılaşdırır və immun sistemini gücləndirir.

 

Həmçinin, zəngin bir vitamin mənbəyi olan ravənd həddindən artıq iş ilə yükləndikdə və enerjinin azalması zamanı stresə daha yaxşı davam gətirməyə kömək edir.  

 

Canan Karatay əlavə edib ki, ravənd əsaslı içkilər yüksək təzyiqin qarşısını almaqda faydalıdır. Həmçinin, tərəvəz qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir, həzmə müsbət təsir göstərir və qəbizliyin qarşısını alır.

 

“Soğanı doğrayın və bir az yağda qızardın. Ravəndin 4-5 sapını kəsin, soğana əlavə edin, zövqə görə duz qatıb, qarışdırın. Ravəndin çox qızarmasını gözləmədən, yumurta vurun və odda bir az daha saxlayın" - deyə resepti paylaşıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub