Beynəlxalq Komissiya müharibədə itkin düşmüş şəxslərin qalıqlarının müayinəsi ilə tanış olub
05.04.2022 14:14

Ölkəmizdə rəsmi səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru Katrin Bomberger və İCMP-nin Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer aprelin 5-də Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə (MTE və PA Birliyi) olublar.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, "MTE və PA Birliyi”nin baş direktoru Ədalət Həsənov qonaqları xüsusilə I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə hərbi və mülki vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi işində birlik əməkdaşlarının qarşısında duran vəzifələr barədə məlumatlandırıb.

 

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlarda meyit qalıqlarının məhkəmə-tibbi maddi sübutlar şəklində “MTE və PA Birliyi”nin müvafiq şöbələrində qəbulu təşkil edilir. Eyni zamanda, prokurorluq orqanlarının qərarları əsasında təqdim edilmiş meyit qalıqlarının məhkəmə-tibbi ekspertizası (məhkəmə-tibbi kriminalistik) həyata keçirilir.

 

Ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə I Qarabağ müharibəsi zamanı həlak olmuş və tanınmadan respublikanın müxtəlif şəhər və rayonlarında dəfn edilmiş naməlum şəhid məzarlarında da meyitlərin ekshumasiyası, meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və genetik müayinələrin aparılması məqsədilə nümunələrin götürülməsi birlik əməkdaşları tərəfindən icra edilməsi vurğulanıb.

 

Beynəlxalq Komissiyanın baş direktoru işğaldan azad edilmiş ərazilərdə aşkar edilən Azərbaycan vətəndaşlarının meyit qalıqlarının məhkəmə-tibbi müayinəsində görülən işləri yüksək qiymətləndirib.

 

Daha sonra İCMP-nin rəhbərliyi “MTE və PA Birliyi”nin müvafiq şöbələrində, o cümlədən də Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə xüsusi olaraq yeni yaradılmış II məhkəmə-tibbi kriminalistika şöbəsində itkin düşmüş şəxslərə məxsus meyit qalıqlarının məhkəmə-tibbi kriminalistik müayinəsi və saxlanılması şəraiti ilə yaxından tanış olublar, tematik mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır