Yağlı balıq və kələmdən çox istifadə edin, şəkərin miqdarını azaldın - Tanınmış immunoloqdan sağlamlıq SİRRLƏRİ
05.04.2022 11:36

İmmun sistemi sağlamlığımızın ən böyük var-dövlətidir və bizi yalnız infeksiyadan qorumur. Tədqiqatlar göstərir ki, immun sistemi insanın psixi və fiziki sağlamlığının hər bir aspektində mühüm rol oynayır. Qidanın və həyat tərzinin immun sistemi ilə qarşılıqlı təsiri üzrə ixtisaslaşan immunoloq Cenna Maççioki bu barədə öz tövsiyələrini bölüşüb.

 

Aztibb.az bu barədə tibb medikforum.ru-ya istinadla xəbər verir.

 

İmmun sistemi infeksiyalara və xəstəliklərə meyilliliyi azaldır, sağalma qabiliyyətini yaxşılaşdırır, arzuedilməz iltihabın və xroniki xəstəliklərin qarşısını alır. C.Maççiokinin sözlərinə görə, yağlı balıq istifadə üçün ən yaxşı məhsullardan biridir.

 

“Qızılbalığa, alabalığa və dəniz məhsullarına çəhrayı rəng verən qırmızımtıl piqment olan astaksantin çox güclü antioksidanta və iltihabəleyhinə təsirə malikdir. Bu və digər mexanizmlər sayəsində astaksantin immun sistemimizin fəaliyyətini gücləndirə və yaxşılaşdıra bilər”, - deyə immunoloq əlavə edib.

 

Kələm, manqold (çuğundur növü), ispanaq, rukkola (şüvərən), Brüssel kələmi və cücərmiş brokkoli kimi tünd yaşıl tərəvəzlər qəbul edəcəyimiz məhsullar siyahısının əvvəlində yer almalıdır.

 

C.Maççiokinin sözlərinə görə, tərəvəzlərin bütün bu növləri A vitamini və maqnezium kimi çoxsaylı faydalı mikroelementlərlə, eləcə də metilləşməni dəstəkləyən vacib qida maddəsi olan fol turşusu ilə zəngindir.

 

Maççioki bildirir ki, immun sistemini dağıdan və xəstəlikləri gücləndirən ərzaqlara gəldikdə, aşağıdakı beş məhsuldan çəkinmək lazımdır: şəkər əlavə edilən ərzaqlar; ultra emal edilən ərzaqlar; tərkibində şəkər olan içkilər; tərkibində yüksək miqdarda doymuş yağlar olan məhsullar və emal edilmiş ət.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub