Tibbi Xidmət İdarəsinin mütəxəssisi Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirdə iştirak edib
05.04.2022 10:41

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə 4 aprel 2022-ci il tarixində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Aztibb.az xəbər verir ki, konfrans Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai Birliyi tərəfindən Yaponiyanın “Fujifilm” və “Araş” medikal şirkətlərinin baş sponsorluğu, eləcə də Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop vərəm” tərəfdaşlığının dəstəyi ilə təşkil edilib.

Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Sədaqət Vəliyeva, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-ün ölkəmizdəki nümayəndəsi Hande Harmancı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Rəfail Mehdiyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, “Stop vərəm” Partnyorluğunun icraçı direktoru Lucica Ditiu və digər qonaqlar salamlama nitqi ilə çıxış ediblər.

Rəsmi hissədən sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, ÜST-ün İctimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, Ölkə Əlaqələndirmə Komissiyasının Maliyyə və Proqram üzrə meneceri Aytən Hüseynova, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” QHT-nin direktoru Elçin Muxtarlı təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonrakı müzakirə panelində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə də çıxış edərək ictimai sağlamlıq problemi olan vərəmlə mübarizədə qurumlararası əməkdaşlığın, eləcə də dövlət və özəl sektorun qarşılıqlı fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, konfransın təşkilatçılarına təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır