Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib
04.04.2022 19:00

4 aprel tarixində Bakı Marriot oteldə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası, "Sağlamlığa Xidmət” İctimai Birliyinin təşkilatçılığı Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop Vərəm” Tərəfdaşlığının dəstəyi, Yaponyanın “Fujifilm” Şirkətinin və “Araş Medikal Kompani”nin sponsorluğu ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfrans keçirilib.

 

Tədbir Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və "Sağlamlığa Xidmət” İctimai Birliyinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop Vərəm” Tərəfdaşlığının dəstəyi, Yaponyanın “Fujifilm” şirkətinin və “Araş Medikal Kompani”nin sponsorluğu ilə baş tutub.

 

Konfransda Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-ün Azərbaycandakı nümayəndəsi, ofisin rəhbəri Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, “Stop Vərəm” Tərəfdaşlığının İcraçı Direktoru Luçika Ditiu, eləcə də TƏBİB-in və İTS-in məsul əməkdaşları, Milli Məclisin deputatları, vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının, eyni zamanda Türkiyə, Gürcüstan və İsveçrədən dəvət edilmiş aparıcı vərəmlə mübarizə qurumlarının nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Yaqut Qarayevə çıxış edərək ölkəmizdə vərəmlə mübarizə tədbirləri çərçivəsində görülmüş işlərdən danışıb.


Tədbirdə çıxış edənlər “Keçirilmiş tədbirin əlamətdar ərəfəyə - Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş “Azərbaycan-Yaponiya dostluq ili - 2022” təsadüf etdiyini qeyd ediblər. Natiqlər Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarının ucqar ərazilərdə yaşayan vətəndaşlar arasında vərəmin aşkarlanmasını istiqamətdinə rol oynadığını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb