“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılışı - Uzman uroloq Bəhruz Xalıqov
04.04.2022 14:46

"Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə Mərkəzi Gömrük Hospitalının uzman uroloqu, cərrah Bəhruz Xalıqovu təqdim edirik.

 

Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində  urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. 

 

O, əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir. Bəhruz Xalıqov 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında uzman uroloq, cərrah kimi fəaliyyət göstərir.

 

Uzman uroloq 2015-ci ildə Türkiyənin Bursa şəhərində “Prostat xərçəngi və BPH” mövzusunda keçirilən Avrasiya Üroonkoloji Bahar konqresində,  həmin ildə Türkiyənin İstanbul şəhərində “Qadınlarda çanaq bölgəsi orqanlarının rekonstruktiv əməliyyatları” mövzusunda simpoziumda, 2017-ci ildə İstanbul şəhərində “Bahçeşehir Universitetinin  kliniki anatomiya laboratoriyasında “Dondurulmuş meyit modelində yüksək dərəcəli endoskopik və laparoskopik cərrahiyyə” kursunda, 2016-cı ildə Bakı şəhərində keçirilən VI Uroonkologiya Qış konqresində iştirak edib. Həmçinin 2017-ci ildə Türkiyənin İstanbul şəhərində Türk Urologiya Akademiyasının təşkil etdiyi böyrək şişləri mövzusunda təkmilləşdirmə kursunun, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Minimal İnvaziv Uroloji Cərrahiyyə konqresinin, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Universiteti  CASE robotik,  laparoskopik cərrahiyyə və kliniki anatomiya laboratoriyasında canlı donuz modelində yüksək dərəcəli müasir  laparoskopik böyrək cərrahiyyəsi kursunun iştirakçısı olub.

 

Bəhruz Xalıqov  Avropa Urologiya Assosiasiyasının, Türk Urologiya Assosiasiyasının, və Türk Uroloji Cərrahiyyə Assosiasiyasının, Türk Uroloji Assosiasiyasının üzvüdür.

 

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:  https://customshospital.az/behruz-xaliqov/

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır