Bakıdakı partlayışda yaralananların vəziyyəti açıqlanıb - BİRGƏ MƏLUMAT
04.04.2022 14:26

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.

 

Hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

 

Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib