Azərbaycan Kardiologiya Cəmiyyəti və İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında memorandum imzalanıb
03.04.2022 12:30

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi və AR Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında memorandum imzalanıb.

 

Aztibb.az xəbər verir ki, memorandum iki tərəf arasında qarşılıqlı əməkdaşlığı, həmçinin ilkin səhiyyə xidmətlərində çalışan həkimlər və kardioloqların ürək damar xəstəliklərinin profilaktika və müalicəsini sübuta əsaslanan təbabətin prinsiplərinə uyğun aparılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üçün birgə fəaliyyəti nəzərdə tutur.

 

Bu əməkdaşlıq, həmçinin ölkədə həyata keçirilən tibbi təhsilin inkişafına, əhalinin sağlamlığının qorunması istiqamətində, həkim və orta tibb işçilərinin ixtisas üzrə elmi-praktik səviyyələrinin artırılması üçün beynəlxalq səviyyəli sertifikatlaşdırılmış tibbi və elmi-praktik tədbirlərin keçirilməsinə, elmi tədqiqatların və beynəlxalq elmi əməkdaşlığın inkişafına, davamlı tibbi təhsilin geniş yayılmasına dəstək göstərmək məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır