Agentlik tərəfindən 92 tibb müəssisəsinə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri verilib
01.04.2022 17:58

“Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri ilə təminatına başlanılıb.

 

Agentlikdən verilən məlumata görə, ilkin mərhələdə 353 952 sayda dərman vasitəsi 92 tibb müəssisəsinin imtiyazlı apteklərinə təhvil verilib.

 

Məlumat üçün bildirək ki, Agentlik dövlət tibb müəssisələrinin qeydiyyatında olan və yeni qeydiyyata alınacaq xəstələrin də ehtimal olunan ehtiyacını nəzərə alaraq tender keçirib. Tenderin qalibi “Avromed Company” QSC ilə 2022-ci il mart ayının 15-də 42,9 milyon manat məbləğində “Şəkərli Diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri”nin satın alınması üzrə müqavilə imzalanıb. Müqavilənin bağlandığı tarixdən etibarən tibb müəssisələrinin dərman preparatları ilə təchizatı həyata keçirilir.
Tibb müəssisələrinin dərman vasitələri ilə təminatı davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib