“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisə tövsiyə edilib
01.04.2022 08:19

Martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, iclasda komitənin sədri Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

 

Qanun layihəsinin birinci oxunuşda geniş müzakirələrdən keçdiyini bildirən komitə sədri sənədin müasir çağırışlar kontekstində qida təhlükəsizliyinin təmini və insanların sağlamlığının qorunması ilə bağlı aktuallığına toxunub.


T.Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib.


İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və agentliyin aparat rəhbəri Elxan Mikayılov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.


Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır