Yeni günərzi qayğı mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası həyata keçiriləcək
31.03.2022 16:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakının Xəzər rayonunda və Abşeron rayonunda olmaqla iki günərzi qayğı mərkəzi yaradılır.

 

Aztibb.az xəbər verir ki, günərzi qayğı mərkəzlərində ixtisaslaşmış mütəxəssislər cəlb olunmaqla sağlamlıq imkanları məhdud uşaqların psixo-sosial reabilitasiyası və onların ailələrinə sosial xidmətlər həyata keçiriləcək.

 

Uşaqlar fərdi və ya qrup təlimlərinə cəlb olunacaq və  onların zəruri vərdişlərə, həyati bacarıqlara yiyələnmələri üçün iş aparılacaq, erkən müdaxilə proqramı, psixoloji diaqnostika və qiymətləndirmə həyata keçiriləcək.

 

Valideynlərə isə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstəriləcək, mütəxəssislər cəlb edilməklə onlar üçün valideynlik səriştəliliyinin gücləndirilməsi üçün təlim proqramları təşkil olunacaq.

 

Həmçinin səyyar psixo-sosial dəstək platforması yaradılacaq və ailələrə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı ev şəraitində görüləcək reabilitasiya məqsədli işlər (böyük və kiçik motorikanın terapiyası, nitq terapiyası, sosial və kommunikativ bacarıqlarının inkişafı) barədə maaarifləndirici-dəstək xidməti göstəriləcək.

 

Mərkəzlərdə 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları da təmin olunacaq.

 

Günərzi qayğı mərkəzləri sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində qurulacaq.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır