Antibiotiklərdən necə düzgün istifadə edilməlidir?
31.03.2022 16:12

Antibiotiklər haqqında son vaxtlar çox danışılır. Belə ki, bütün dünyada və eləcə də ölkəmizdə COVID-19 pandemiyası başladığı vaxtdan, bu xəstəliyin fəsadlarına qarşı mübarizədə antibiotiklərdən istifadə gündəmə gəlib. Bir çox insan antibiotiklərin virusa təsir etmədiyini nəzərə almayaraq, həkimə müraciət etmədən, həkim təyin etmədən, heç bir fəsadları düşünmədən onlardan COVID-19 xəstəliyinə qarşı bolluca istifadə edirlər.

 

Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım həkimi Nərgiz Kərimova “Antibiotiklərdən necə düzgün istifadə edilməlidir?” sualını cavablandırıb.

 

Antibiotiklər mikroorqanizmlərlə – bakterial infeksiyaların törədiciləri ilə mübarizə üçün yaradılmışdır. Onlar mikroorqanizmlərin strukturuna dağıdıcı təsir edir və çoxalmasına mane olurlar. Amma bakteriyaların heç də hamısı sürətlə məhv olmur. Bəzi dərmanlar effektsiz, hətta təhlükəli ola bilər. Müalicənin effektiv olması üçün antibiotiklərə müraciət zamanı müəyyən qaydalara riayət etmək lazımdır:

 

Antibiotikləri yalnız həkimin təyinatı üzrə qəbul edin;

Antibiotiklər təyin olunarkən mütləq həkimin yazdığı dozada və yazdığı müddətdə qəbul edin;

Dostlarınızın və tanışlarınızın məsləhəti ilə antibiotiklərlə özünümüalicəyə başlamayın;

Həkiminizin sizə yazdığı antibiotikləri dostlarınıza və tanışlarınıza tövsiyə etməyin;

Evinizdəki dərman qutusunda antibiotikləri “lazım olar” deyə, saxlamayın.

 

Mikrofloranın antibiotiklərə həssaslığı fərdidir: bəzi insanlarda bakteriyalar eyni antibiotiklərə fərqli reaksiya verir. Ona görə də orta statistik mənzərə əsasında antibiotiklərin təyin edilməsi heç də həmişə arzuolunan müalicəvi effekti vermir. Eyni zamanda, hər hansı antibiotik əlavə mənfi təsirlərə malik olan ciddi müalicə vasitəsidir. Həkim antibiotikləri təyin edərkən əmin olmalıdır ki, bu və ya digər antibiotik həqiqətən xəstə üçün effektiv olacaq və infeksiyanın öhdəsindən gələcək.

 

Buna görə də, xəstələrin mikroflorasının antibiotiklərə həssaslığının yoxlanılması çox vacibdir. Bir həkim kimi məsləhət görürəm ki, heç vaxt antibiotiklərdən özbaşına istifadə etməyəsiniz. Düzgün müalicə alın ki, sağlam olasınız.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub