Orqanizmin daxilinə yerləşdirilən protez - Endoprotez
31.03.2022 15:52
Protez dedikdə funksiyasını itirmiş hər bir orqanın əvəzedicisi başa düşülür. Endoprotez isə orqanizmin daxilinə yerləşdirilən protezlərdir.
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib.
Həkim qeyd edib ki, oynaqların endoprotezləşdirilməsi normal oynağın forması və funksiyasını əvəz edən bir üsuldur. Çox vaxt endoprotezləşmə hərəkəti məhdudlaşmış oynağın funksiyasını bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə çıxış yoludur. Artıq əməliyyatdan 1-2 ay sonra pasient əvvəlki aktiv həyat tərzinə qayıda bilir.
Endoprotezləşdirmənin yerinə yetirildiyi əsas xəstəliklər:
- Oma, çiyin sümüyünün başının aseptik nekrozu;
- Degenerativ-distrofik artritlər və artrozlar;
- Displastik artrozlar;
- Bexterev xəstəliyi;
- Revmatoid artritlər;
- Yanlış bitişmiş oynaqdaxili sınıqlar;
- Posttravmatik artrozlar;
- Omanın boyununun sınığı (yaşlılarda), omanın boyununun yanlış oynaqları.
Endoprotezləşdirilmədən sonra bərpanın əsas prinsipləri:
- İkinci əzələ distrofiyasının inkişafının qarşısını almaq
- Əməliyyatdan sonra ilk günlərdən başlayaraq keçirilən (xəstənin ümumi vəziyyəti imkan verirsə) bərpa tədbirlərinin erkən başlanğıcı
P.Əkbərov əlavə edib ki, tikişlər açıldıqdan sonra intensiv reabilitasiyaya başlanılması məsləhət görülür. Reabilitasiya hər gün olmaqla 3 aya qədər davam edə bilər. Reabilitoloqun məsləhəti ilə 3-cü həftənin sonunda yerimə cihazını buraxıb bir dəyənəyə keçməyə icazə verilir. Dəyənək sağlam tərəfdə istifadə edilir. İki tərəfli əməliyyat edilmişdirsə yerimə cihazı 6 həftəyə qədər istifadə edilməlidir. 8 həftədən sonra xəstələr daha aktiv ola bilir, maşın sürüb işə çıxmağa icazə verilir. 4 ay sonra idmana başlayıb, 6 ay sonunda bərpa prosesini sona yetirmək mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

