Qida mənşəli xəstəlik risklərinin aradan qaldırılması diqqət mərkəzindədir - AQTA  
31.03.2022 15:13

Müasir dünyada qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri üçün öz obyektlərində HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi zərurətə çevrilir. Qida təhlükəsizliyinin təmin edilməsinə yönələn bu sistem bütün mümkün təhlükə və risklərin qiymətləndirilərək nəzarətə götürülməsini və qida mənşəli xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir.

 

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu barədə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən tədris olunan onlayn təlimdə məlumat verilib. Qida Təhlükəsizliyi İnstitutu, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə keçirilən təlim “Qidalanmanın təşkilinə dair tələblər” mövzusuna həsr olunub.

 

Təlimdə mövzuya dair təqdimatla yanaşı, iştirakçılara qida təhlükəsizliyi məfhumu, qida məhsullarının çirklənmələri, fiziki, mikrobioloji, kimyəvi və çarpaz çirklənmələr, allergenlər, temperatur amili, zərərvericilər və onlara qarşı mübarizə, həşəratlara və gəmiricilərə qarşı mübarizə avadanlıqları və preparatlarından danışılıb. Həmçinin “Qida təhlükəsizliyi” haqqında qanunvericilikdən bəhs olunub, nəzarət tədbirləri, konservləşdirmə, təbii müayinələrin izlənilməsi qaydası, əllərin yuyulması qaydası, “Codex Alimentarius”, izlənəbilərlilik sisteminin təmin edilməsi, meyvə və tərəvəzin dezinfeksiyası, istehsalat korluğu və s. istiqamətlər haqqında məlumat verilib, mövzu ətrafında diskussiya aparılıb.

 

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan onlayn seminarlar ilk mərhələdə 30 iştirakçı üçün nəzərdə tutulub və ümumilikdə 12 mövzunu əhatə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır