Professor Gəray Gəraybəyli Təlim və Simulyasiya Mərkəzinin işi ilə tanış olub
31.03.2022 17:01
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Təlim və Simulyasiya Mərkəzini ziyarət edib. Rektor bu mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, burada müəyyən fənlər üzrə tədris keçən tələbələrlə görüşüb və onlarla geniş fikir mübadiləsi aparıb.
Professor Gəray Gəraybəyli bildirib ki, tələbələrin, rezidentlərin və həkimlərin peşə bacarıqları səviyyəsinin yüksəldilməsi üçün bu mərkəzin fəaliyyətinin böyük önəmi var. Burada bütün səviyyələrdə tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb kadrlarının hazırlıq səviyyəsinin yüksəldilməsi, fərdi praktik bacarıqların öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir.
Onun sözlərinə görə, Azərbaycan Tibb Universiteti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının nəzdində təşkil olunmuş Təlim və Simulyasiya Mərkəzində praktiki təlim, bacarıqların səviyyəsinin qiymətləndirilməsi üçün ən müasir texnologiyalar mövcuddur.
Daha sonra ATU-nun rektoru bu texnologiyalarla tanış olub, mərkəzin komandası və burada tədris keçən tələbələrin rəylərini öyrənib. Tələbələr burada tədris prosesinin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
G.Gəraybəyli mərkəzin endoskopiya, UZİ, ginekologiya, reanimasiya, ilk yardım və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin keçirdikləri manipulyasiyaları izləyib. Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnun olduğunu bildirən rektor mərkəzin kollektivinə uğurlar arzulayıb.
ATU-nun Tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov qeyd edib ki, ATU tələbləri hər gün mərkəzdə 5 bacarıq fənninin - Venadaxili inyeksiyalar, Təxirəsalınmaz Tibbi yardım, Dispanserizasiya, Fiziki müayinə, Təməl ürək və ağciyər reanimasiyası fənlərinin tədrisində iştirak edirlər. Tədris prosesi 3 mərhələli şəkildə həyata keçirilir.
Kamandar Yaqubov bildirib ki, yayda daxili xəstəliklər və cərrahi xəstəliklər fənləri üzrə dövlət attestasiyana buraxılan ATU tələbələri üçün bacarıq imtahanı da bu mərkəzdə təşkil olunacaq.
Professor G.Gəraybəyli Mərkəzdə imtahanların keçirilməsi üçün hazırlanmış sektorla da tanış olub.
Qeyd olunub ki, tələbələr buradakı kabinələrə şəxsi İD kodu ilə daxil olaraq ayrılmış zaman müddətində imtahan suallarını cavablandıracaqlar. Yekunda tələbənin chek-list formasında imtahan nəticəsi çıxır. Bacarıq imtahanında iştirak edən tələbələrin imtahan nəticələri elə həmin gün universitetin portallarına yerləşdirilir.
Görüşdə iştirak edən Bakı Sağlamlıq Mərkəzinin direktoru, dosent Asiman Həsənov bildirib ki, təlim və simulyasiya mərkəzinin komandası yüksək ixtisaslı anestezioloq-reanimatoloqlar, mama-ginekoloqlar, kardioloqlar, cərrahlar və psixoloqlardan ibarətdir. Komanda üzvləri xarici ölkələrdə səhiyyə sahəsində mütəxəssislərin hazırlanmasında çoxillik təcrübə əldə ediblər.
Qeyd edək ki, Təlim və Simulyasiya Mərkəzi Azəbaycan Tibb Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, rezidentləri və həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradılıb. Mərkəzin işçiləri xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə edirlər.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

