Farmakonəzarət üzrə məsul şəxslərin işə qəbulu prosesi ilk dəfə olaraq test üsulu ilə keçirilir
31.03.2022 12:10

Azərbaycanda ilk dəfə farmakonəzarət üzrə məsul şəxslərin işə qəbulu prosesi test üsulu ilə həyata keçirilir.

 

Bununla əlaqədar olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə bu gün “Yeni Klinika”da işə qəbul prosesinin ilkin mərhələsi keçirilib.

 

Aztibb.az-ın məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən bildirilib ki, cari il fevralın 18-də yerləşdirilmiş elan üzrə 98 namizəd vakansiya ilə bağlı müraciət edib. Onlardan 72-si uyğun hesab edilərək test mərhələsinə dəvət edilib.

 

İlkin mərhələdə namizədlərin bilik və bacarıqlarının yoxlanılması üçün onlar müvafiq test imtahanından keçiblər. Test mərhələsi farmakonəzarət (20), qanunvericilik (20), məntiq (10) və informatika (10) üzrə nəzəri bilikləri əhatə edir. Suallardan 50 faizini düzgün cavablandıran namizədlər müsahibə mərhələsinə buraxılırlar. Namizədlər üçün ali tibb və ali əczaçılıq təhsilinin olması əsas şərt kimi müəyyən olunub.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın 6-cı bəndinə əsasən, farmakonəzarətin həyata keçirilməsi ilə bağlı müalicə-profilaktika müəssisələrində müəssisədaxili farmakonəzarət sistemi qurulmalı və farmakonəzarət üzrə məsul şəxslər təyin edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır