Səhər yeməyindən imtina edilməsi sağlamlıq üçün ziyandır
31.03.2022 10:16

Qida qəbulunda çox uzun fasilələrin edilməsi sağlamlığa mənfi təsir edir. 

 

Aztibb.az xəbər verir ki, endokrinoloq Aleksey Kalinçevin ura.ru saytına müsahibəsində bildirdiyinə görə, səhər yeməyindən tam imtina edən insanlar mədə-bağırsaq traktına zərər vurmaq riski ilə üzləşirlər.

 

“Səhər yeməyindən imtina edilməsi və ya qida qəbulu arasında uzun fasilələr mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsinə səbəb olur”, - deyə A.Kalinçev xəbərdarlıq edib.

 

Həkim qeyd edib ki, adi səhər yeməyi əvəzinə səhərlər acqarına və ayaqüstü qəhvə içmək vərdişi qastritin yaranmasına səbəb ola bilər - xüsusən də belə vərdişi olan insan üstəlik siqaret çəkirsə. Bir müddət sonra səhər yeməyindən bu şəkildə imtina edilməsi istər-istəməz xoşagəlməz simptomlara, ağrı sindromuna səbəb olacaq.

 

Endokrinoloqun sözlərinə görə, bu gün yetkin əhali arasında məktəb vaxtından qalan həzm problemi olmayan insan tapmaq demək olar ki, mümkün deyil - bir çoxunda, xroniki formada qastrit və ya pankreatit aşkar edilə bilər. Səhər yeməyindən imtina edilməsi, nizamsız qida qəbulu, ayaqüstü qida qəbulu, acqarına çətin həzm olunan yeməklər və içkilərin qəbulu problemlərin daha da ağırlaşmasına gətirə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub