Azərbaycanın Əməkdar həkimi vəfat edib  
31.03.2022 13:25

Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, Əməkdar həkim, professor Mustafa Salihov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

 

Aztibb.az xəbər verir ki, M.Salihov 1942-ci ildə Bakı şəhərində anadan olmuşdu. 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. 1971-ci ildə aspiranturanı bitirdikdən sonra Azərbaycan Tibb İnstitutunun Hospital terapiya kafedrasında assistent, sonra isə dosent vəzifələrində çalışmışdı.

 

O, 1981-1984-cü illərdə Əlcəzair Xalq Demokratik Respublikasında ezamiyyətdə olmuşdu. 1987-1994-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş terapevti vəzifəsində çalışmışdı. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə Poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə Ailə təbabəti kafedrası təşkil olunmuş və M.Salihov həmin kafedraya rəhbər təyin edilmişdi.

 

M.Salihov 2002-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının "ailə təbabəti" ixtisası üzrə professoru seçilmişdi. 2010-cu ildə "Azərbaycan Respublikasının Əməkdar həkimi" fəxri adına layiq görülmüşdü.

 

Alimin elmi tədqiqatları ilkin tibbi yardım, Azərbaycanda ailə təbabətinin inkişafı problemləri, tez-tez rast gəlinən xəstəliklərin profilaktika və diaqnostikasına həsr olunmuşdu.

 

Xeyirxah insan Mustafa Salihovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib