Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda xalq təbabəti üzrə Qlobal Mərkəz yaradır
31.03.2022 10:02

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Hindistan hökuməti arasında ali qurumun xalq təbabəti üzrə Qlobal Mərkəzinin yaradılması haqqında saziş imzalanıb.

 

Aztibb.az xəbər verir ki, Hindistan hökumətinin 250 milyon ABŞ dolları məbləğində investisiya ayırdığı xalq təbabəti sahəsində bu qlobal bilik mərkəzi insanların və ümumilikdə planetin sağlamlığının yaxşılaşdırılması üçün müasir elm və texnologiya vasitəsilə bütün dünya naminə xalq təbabətinin potensialından istifadənin təmin edilməsinə xidmət edəcək.

 

Qiymətləndirmələrə görə dünya əhalisinin 80 faizi xalq təbabətindən istifadə edir. Bu günədək ÜST-nin 194 üzv dövlətindən 170-i xalq təbabətinin tətbiq edilməsi barədə məlumat verib və onların hökumətləri xalq təbabətinin təcrübələri və məhsulları ilə bağlı inandırıcı faktiki materiallar və məlumatlar toplusunun yaradılmasında dəstəklə bağlı təşkilata müraciət edib.

 

“Bütün dünyada milyonlarla insan üçün xalq təbabəti bir çox xəstəliklərin müalicəsində birinci növbəli vasitədir", - deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib: “Hər kəsə təhlükəsiz və effektiv müalicə imkanının verilməsi ÜST-nin missiyasının mühüm hissəsini təşkil edir və bu yeni mərkəz xalq təbabətinin sübut bazasının gücləndirilməsi üçün elmin gücündən istifadə etməyə kömək edəcək. Mən Hindistan hökumətinə göstərdikləri dəstəyə görə minnətdaram və biz bu təşəbbüsün uğurlu realizəsini səbirsizliklə gözləyirik”.

 

ÜST-nin xalq təbabəti üzrə yeni Qlobal Mərkəzinin açılış mərasimi Hindistanın Qucarat ştatının Camnaqar şəhərində 2022-ci il aprelin 21-də keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib