Ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı tibbi xidmətlər zərfinə daxil ediləcək
31.03.2022 08:34

“Hazırda İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 adda xidmət daxildir”.


Aztibb.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elmi-Tədqiqat Kadiologiya İnstitutunun elmi katibi, kardioloq Təranə Cavadova deyib. Onun sözlərinə görə, xidmətlər zərfinə daxil olan kardioloji xidmətlərin sayı artırılacaq:

 

“Buraya ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı da daxildir”.


T. Cavadova qeyd edib ki, bu gün ürək çatışmazlığından əziyyət çəkən xəstələr üstünlük təşkil edir:


"Onlar üçün cihaz taxılması əməliyyatı da qismən ödənişlə həyata keçirilir. Qapaq aparatlarının taxılması əməliyyatının ödənişinin qismən qarşılanması layihəsi üzərində hazırda işlənilir. Düşünürəm ki, bununla kifayət qədər xəstəlikləri əhatə etmiş olacağıq", - o, əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır