Professor Paşa Qəlbinuru 70 illik yubileyi münasibətilə təbrik edirik!
30.03.2022 17:30

Bu gün tanınmış oftalmoloq, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, ATU-nun Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Qəlbinurun (Musayev) 70 yaşı tamam olur.

 

Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirib. 1968–1975-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profılaktika fakültəsində təhsilini davam etdirib.

 

O, 1975–1977-ci illərdə Gəncə şəhər Göz Xəstəxanasında və 1 saylı Uşaq Poliklinikasında həkim-okulist işləyib. N.Nərimanov adına Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasında baş laborant olub.

 

Alim 1978–1981-ci illərdə İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil alıb. N.Nərimanov adına Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasında assistent, həm də İctimai peşələr fakültəsində dekan müavini işləyib. 1988-ci ildən həmin kafedranın professoru, 1991-ci ildən isə ATU-nun Oftalmologiya kafedrasının  müdiridir.

 

Paşa Qəlbinur tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. O, on mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. 2002-ci ildə Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində alimin rəhbərliyi altında hazırlanmı "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. 

 

Professor Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), eləcə də Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində Fıziologiya bölməsinin ekspertidir (1996). 2001-ci ildə Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl Qurumunun həmsədri seçilib. O, ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülüb. Həmçinin Yusif Məmmədəliyev adına mükafat (1999), "İman" izzət və iltifat diplomu (2000) ilə təltif edilib. "Araz" ali ədəbi mükafatın laureatıdır (1996).

 

Alim ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlayıb. "Gözlər" adlı ilk şerini 13 yaşında yazıb. Paşa Qəlbinur 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

 

Azərbaycanda oftalmologiya elminin inkişafında mühüm xidmətləri olan alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır