Lobya çəkini saxlamağa və arıqlamağa kömək edir
30.03.2022 10:07

Paxla ucuz, doydurucu və universaldır, xüsusilə lobyada sağlamlığı təmin edən çoxlu miqdarda lif, zülal və digər qida maddələri mövcuddur. 

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, lobya əla zülal mənbəyidir. O, ən yaxşı bitki zülal qaynaqlarından biridir. İnsan orqanizminin hər gün zülala ehtiyacı var, məhz o, saç, dırnaq, dəri, əzələ, vətər, bağlar, daxili orqanların toxumalarının möhkəm strukturunu təmin edir.

 

O, fol turşusu ilə zəngindir. Fol turşusu (vitamin B9) bədənə oksigeni ağciyərlərdən digər toxumalara daşıyan sağlam qırmızı qan hüceyrələrini istehsal etməyə, həmçinin karbohidratları hüceyrələrin enerjinin alınması üçün istifadə etdiyi qlükozaya çevirməyə kömək edir. Bundan əlavə, hamiləliyin ilkin müddətində ondan adekvat şəkildə istifadə olunması tövsiyə olunur.

 

Çəkini saxlamağa və arıqlamağa kömək edir. Lobya arıqlamaq üçün ən faydalı qidalardan biridir: onun tərkibində yağ və kalori azdır, zülal və lif isə çoxdur. Zülal və lif çəkinin azalması üçün ən vacib iki qida maddəsidir - onlar uzun müddət ərzində toxluq hissini saxlamağa və qəlyanaltıdan çəkinməyə kömək edir.

 

Ürək üçün faydalıdır. Lobyanın tərkibində ürək fəaliyyətini dəstəkləyən bir çox qida maddəsi var - fol turşusu, maqnezium, lif. Onun qəbulu qanda homosistein amin turşusu səviyyəsini azaltmağa kömək edir. Qanda yüksək homosistein miqdarı olduqda insan ürək xəstəlikləri, insulta məruz qalır.

 

Qanda xolesterinin səviyyəsini aşağı salır. Lobyanın tərkibindəki lif, xüsusən də həll olunan lif aşağı sıxlıqlı lipoproteinin (LDL) qana udulmasını azalda bilər. LDL, həmçinin "pis" xolesterin kimi tanınır, o, damarların divarlarında yığılaraq onların sərtləşməsinə və daralmasına səbəb olur və nəticədə hipertoniyaya səbəb olur.

 

Qanda şəkərin səviyyəsini tənzimləyir. Lobya şəkərin qanda mənimsənilməsi prosesini yavaşladan həll olunan lif sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edir. Bundan əlavə, paxlalı məhsul aşağı qlikemik indeksə malikdir (Gİ) – bu, o deməkdir ki, qanda şəkərin səviyyəsinin kəskin sıçrayışına səbəb olmayacaq.

 

İltihabdan qoruyur. Lobya və digər paxlalı bitkilərin ən yaxşı xüsusiyyətlərindən biri onların tərkibində C, B1, E və K kimi yüksək miqdarda vitaminlərin olmasıdır. Bu vitaminlər sağlam hüceyrələri iltihabdan və zədələnmədən qoruyaraq antioksidant rolunu oynayır. İltihab və hüceyrə zədələnməsi xərçəng də daxil olmaqla, xroniki xəstəliklərin əsasında dayanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub