54 adda preparatla əlaqədar imtina qərarı verilib - AQTA-nın Ekspert Şurası 
29.03.2022 17:48

“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın videokonfrans formatında iclası keçirilib.

 

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iclasda elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar mütəxəssislər tərəfindən təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.

 

Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 54 adda aqrokimyəvi maddə və 38 adda pestisid, təkrar qeydiyyata alınan 2 adda aqrokimyəvi maddə və 64 adda pestisid olmaqla, ümumilikdə, 158 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 16 adda aqrokimyəvi maddə və 24 adda pestisid olmaqla, 40 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının aparılması barədə qərar qəbul edilib.

 

İşçi Qrup tərəfindən verilən rəylərə əsasən, ilkin qeydiyyat üçün 19 adda, təkrar qeydiyyat üçün 33 adda preparata məxsus sənədlər toplusunda uyğunsuzluq aşkarlanıb. Təkrar qeydiyyat üçün müraciət edilmiş 2 adda preparatın təsiredici maddəsi Agentliyin Kollegiyasının təsdiq etdiyi siyahıda olmasa da, Avropa İttifaqının və Türkiyə Respublikasının qəbul etdiyi qadağa siyahısında qeyd olunduğundan, həmin təsiredici maddələrin yenilənəcək qadağa siyahısına daxil edilməsi nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 54 adda preparatla əlaqədar imtina qərarı verilib.

 

Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub