"Uşağa qışqırmaqla kənardan aldığımız stresi ona ötürürük" - Pediatrdan İZAH
29.03.2022 15:00
Uşaq ən stressiz varlıqdır. Çunki o istədiyi vaxt rahatlıqla qışqıra bilir, həyata belə qışqırmaqla başlayır. Doğuş stresini, adaptasiya stresini azaldır.
Aztibb.az-ın xəbərinə görə, həkim-pediatr Aytən İsmayılzadə stres və onunla mübarizəyə dair maarifləndirici məlumat paylaşıb.
Həkim bildirib ki, doğum edən qadın özü isə istədiyi kimi qışqıra bilmir, yaranmış stres bədənində qalır. Zamanla uşağa ötürülür. Uşaq ağladıqca, qışqırdıqca sakitləşdirmək istəyirik. Lakin səhv edirik. Qoy ağlayıb stresini azaltsın. Əsəbləşəndə də "hisslərinə hakim ol, qışqırmaq olmaz" fikri düzgün deyil.
"Kim qışqırırsa, deyilir ki, əsəbini soyuda bilir. Bəli, elədir. Susqun insanlar daha çox ürək-damar xəstəlikləri tapır, nəinki çılğın, emosional, qışqıraraq hirsini soyudanlar.
Uşağa qışqırırıq, beləliklə, kənardan aldığımız stresi ona ötürürük. Bizi sakitləşdirən olmur. Uşaq qışqırır, bizə mənfilik ötürür, biz bu mənfiliyin təsirindən onu sakitləşdiririk, yəni özümüzü qoruyuruq. Onlar isə özünü qoruya bilib bizi sakitləşdirə və ya "üstümə qışqırma" deyə bilmir. Uşaq bizim nə dediyimizdən deyil, qışıqırdığımlzdan təsir alır".
Qışqıraraq stresi azaltmaq olarmı?
Əlbəttə, olar. Hətta gülərkən, əylənərkən, danışarkən qışqırmaq stresimizi azaldar. Uşaqlar da oynayarkən qışqırır, biz isə "ay uşaq, sakit!" deyirik. Stresli uşaqlar böyüyür.
Yoqa və nəfəs terapiyalarında səs tonunu qaldırmaqla müxtəlif səs çıxarmalar mənfi enerjidən azad olmaq, müsbət yüklənmə kimi təqdim olunur.
Stresi azaltmaq üçün aşağıdakılara diqqət göstərmək lazımdır:
- Stresli bir məsələni sizə uyğun mühitdə qışqıraraq həll etməyə çalışın.
- Uşağın üstünə qışqırarkən, onun bu təsirdən özünü qoruma vasitəsi olmadığını düşünün.
- Uşaqlar qışqıranda, dözün. Dözün ki, onlar stressiz olsun.
- Gülərkən, əylənərkən səsli olun ki, həm də stresiniz azalsın.
- Doğuş sonrası, görüş, ayrılıq zamanı, içinizdən qışqırıb ağlamaq ya gülmək gəlirsə, belə də edin. Əlinizi ağzınıza tutub gözlərinizi sıxmayın. Stresinizi daxilinizə qaytarmayın. Sonra onu uşağa ötürəcəksiniz.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

