İntihara cəhd zamanı psixoloji yardımın göstərilməsi mövzusunda tədbir keçirilib - FOTO
29.03.2022 13:54

Fövqəladə Hallar Nazirliyində (FHN) “İntiharın psixologiyası. İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.

 

Aztibb.az-ın verilən məlumata görə, baş verən fövqəladə hadisələr zamanı FHN-in xilasetmə qurumlarının xilasedicilərinin istənilən mürəkkəb şəraitdə vəzifələrini uğurla yerinə yetirməsinə tam hazır olması, xilasedicilərin peşə hazırlığının təkmilləşdirilməsi, tibbi və psixoloji hazırlıq üzrə bilik və bacarıqlarının artırılması, maddi-texniki təchizatlarının gücləndirilməsi, mümkün hadisələrə çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə Nazirliyin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən aidiyyəti üzrə tədbirlər davam etdirilir.

 

O cümlədən, intihara cəhd kimi hadisələrə əksər hallarda Nazirliyin xilasedici dəstələri cəlb olunduğundan, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Belə ki, xilasedici tərəfindən intihara cəhd edən vətəndaşla düzgün ünsiyyət üslubunun seçilməsi, onunla effektiv psixoloji söhbətin aparılaraq intihara cəhd niyyətindən çəkindirilməsi üçün xilasedicilərin zəruri psixoloji bilik və bacarıqlara malik olması mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin tərəfindən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti üçün “İntiharın psixologiyası. İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.

 

Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində, o cümlədən intihara cəhd hadisələri zamanı göstərdikləri uğurlu fəaliyyətdən danışıb və intihara cəhd zamanı zərərçəkmişə doğru şəkildə yanaşmanın vacibliyini diqqətə çatdırıb.

 

Baş idarənin psixoloqu Sona Məmmədova intiharın mahiyyəti, onun səbəbləri, risk faktorları, növləri, intihara cəhd zamanı ilkin psixoloji yardımın göstərilməsi barədə təqdimat və videoçarx vasitəsilə ətraflı məlumat verib.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı daxili xidmət polkovnik-leytenantı Vüqar Məmmədov baş vermiş hadisələrlə bağlı təcrübələrini bölüşüb, gənc dalğıc-xilasedicilərə dəyərli məsləhətlər verib, daxili xidmət baş çavuşu Elvin Mirzəyev isə intihara cəhd hadisələrində iştirak edən xilasedicilərin vacib psixoloji keyfiyyətləri haqqında danışıb.

 

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır