AQTA-da qida sahəsində nəzarətlə bağlı kollegiya iclası keçirilib
29.03.2022 11:00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin növbəti kollegiya iclası keçirilib.

 

Agentlikdən verilən məlumata görə, iclasda ölkədə həyata keçirilən qida təhlükəsizliyi sisteminin yeni çağırış və müasir tələblərə uyğun daha səmərəli təşkili, həmçinin nəzarət sisteminin təkmilləşdirilməsi və bu tədbirlərin daha çox tənzimləyici rola malik olmasının təmin edilməsi, bu sahədə şəffaflığın və effektivliyin artırılmasına dair bir sıra məsələlər müzakirə olunub.

 

İclasda ötən dövr ərzində qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri müzakirə olunub, eyni zamanda bugünədək aparılmış araşdırmaların nəticələri təhlil edilərək müvafiq inzibati tədbirlərin görülməsi barədə qərar qəbul edilib. İclasda inzibatçılıqda yeni prinsiplərin tətbiq edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması üçün kadr islahatlarının aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, kadrların bilik və bacarıqlarının yeni çağırışlara uyğun qiymətləndirilməsi işlərinin mütəmadi aparılması, kadr potensialının gücləndirilməsi üçün təlimlərin təşkil edilməsinə dair qərar qəbul edilib.

 

İclasda AQTİ laboratoriyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə daxili nəzarət və idarəetmə sisteminin və laborator sınaqların aparılması ilə bağlı icra müddətlərinin təkmilləşdirilməsi istiqamətində işlərin icrası qərara alınıb.

 

Qeyd edək ki, Kollegiya iclasında qəbul edilən qərarlardan irəli gələrək, AQTA sədrinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Belə ki, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Zamiq oğlu Əliyev vəzifəsindən azad olunaraq Daxili nəzarət və regional bölmələrlə iş sektorunun baş məsləhətçisi vəzifəsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun "Analitik Ekspertiza Mərkəzi" departamentinin müdiri Fərid İsgəndər oğlu Əliyev Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida zəncirinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Şəhla Natiq qızı Yusifzadə isə Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib. Müvafiq əmrə əsasən Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdir müavini Nərminə Nəcəf qızı Şabanovaya həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə olunub. Həyata keçirilən kadr islahatları çərçivəsində Agentliyin Bakı Regional bölməsinin rəis müavini Elçin Xurşud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri Hüseyn Abdulla oğlu Abdullazadə isə vəzifəsindən azad edilərək həmin bölmənin İdxal və ixraca nəzarət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib