BMT-nin sessiyasında Azərbaycanda reabilitasiya sahəsində aparılan islahatlar barədə məlumat verilib
28.03.2022 17:28
BMT-nin İnsan Hüquqları Şurasının 49-cu sessiyasında çərçivəsində keçirilən “Minasız dünyaya doğru: İnsan hüquqlarının və 2030 Gündəliyinin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və yardımın səfərbər edilməsi” adlı panel iclasında Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində aparılan islahatlar barədə məlumat verilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Bahadur Rzayev tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra minaların partlaması səbəbindən yaralanmış azərbaycanlı mülki şəxslər və hərbçilərin effektiv reabilitasiya xidmətləri ilə əhatə olunmaları sahəsində görülən işləri diqqətə çatdırıb. O, eyni zamanda, ölkəmizdə son illərdə qurulan müasir reabilitasiya sistemi barədə məlumat verib.
 
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa xidmətlərinin, reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi, reabilitasiya xidmətlərinə əlçatanlığın artırılması məqsədilə aparılan islahatları qeyd edib.
 
B.Rzayev bu islahatlarda qabaqcıl beynəlxalq təcrübələrə istinad edildiyini, bir sıra beynəxalq təşkilatlar, habelə Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.
 
Qeyd edək ki, Cenevrədə (İsveçrə) keçirilən tədbir 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ərəfəsində minaların insan hüquqlarının qorunmasına təsiri mövzusuna həsr edilib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır