"Qan vermək üçün boy və çəki uyğunluğu olmalıdır"  - Mərkəzi Qan Bankı
28.03.2022 12:11

Mütəmadi qan vermək həm bir həyatı xilas etmək deməkdir, həm də insan orqanizmi üçün olduqca faydalıdır. Çünki qan vermək baş ağrıları, yüksək təzyiq kimi problemləri aradan qaldırır, infarkt və xərçəng riskini azaldır və eyni zamanda qan hüceyrələrinin təzələnməsinə səbəb olur.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarovanın dediyinə görə,18-65 yaş arası səhhətində problem olmayan hər bir şəxs qan verə bilər: “Əgər donor ilk dəfə müraciət edirsə, onun yaşı 60-dan aşağı olmalıdır. Daimi qan verən donor isə 65 yaşınadək bunu edə bilər. Daimi donor 65 yaşdan sonra da qan vermək üçün müraciət edirsə, ildə yalnız bir dəfə qan verə bilər”.

 

Qan vermək üçün boy və çəki uyğunluğu olmalıdır. Bəzi xəstəliklərin daşıyıcıları da donor ola bilməz. “Donorluqdan imtina kriteriyaları iki yerə bölünür: müvəqqəti və daimi. Müvəqqəti imtina müəyyən bir səbəbə görə, məsələn, dərman preparatları qəbul edən, antibiotik müalicəsi alanlar müəyyən müddətdən sonra qan verə bilərlər. Cərrahi əməliyyat olunanlara, tatuirovka və pirsinq etdirənlərə bir ildən sonra qan verməyə icazə verilir. Hepatit B, S və sifilis xəstəliyi keçirənlər, orqan transplantasiyası keçirənlər daimi imtina kriteriyalarına aiddiir”, -deyə hematoloq əlavə edib.

 

Şəkərli diabet xəstələri insulin qəbul etmirlərsə, qan verə bilərlər. Epilepsiya xəstəliyi keçirənlər isə yalnız üç ildən sonra donor ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır