Omikron ştamının BA.2 variantı BA.1 alt variantı ilə müqayisdə daha çox infeksiya yaradır
28.03.2022 10:18
Son günlərdə ölkəmizdə COVID-19 xəstəliyinə yoluxma sayında azalma müşahidə edilir. “Omikron”un koronavirusun digər variantlarını üstələməsi və onlara nisbətən yüngül keçməsi pandemiya ilə bağlı ümidverici proqnozlar verməyə sövq edir. Xəstəliyin azalmasında əhalinin əhəmiyyətli hissəsinin yeni koronavirus infeksiyasına qarşı peyvənd olunması ilə əlaqədar formalaşan kollektiv immunitetin böyük rolu olmuşdur.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin təcili yardım həkimi Leyla Fətullayeva “Həkim məsləhəti” rubrikasında “Omikron ştamının BA.2 alt variantı” barədə məlumat verərəkən belə dəyib.
 
Həkim bildirib ki, buna baxmayaraq, pandemiya hələ də bitmiş sayılmır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumatlara əsasən, bir sıra ölkələrdə omikron ştamının alt variantı stels-omikron (BA.2) intensiv yayılması aşkar edilib. BA.2 alt variantın yaratdığı COVID-19 xəstəliyi simptomlarına və gedişatına görə omikron ştamının digər variantlarından fərqlənmir. Xəstəlik ağır klinik formada bir qayda olaraq, vaksinasiya olunmamış insanlarda baş verir. Belə ki, peyvənd olunmayan və yüksək risk altında olan insanlar bu xəstəliyə qarşı daha diqqətli olmalıdırlar:
 
"BA.1 alt variantı ilə müqayisdə BA.2 variantı daha çox infeksiya yaradır. BA.2 alt variantının konkret xüsusiyyətləri hələ də öyrənilir. Hazırki şəraitdə yoluxma sayının azalmasına baxmayaraq, COVID-19 virusunun yeni növ variantlarına yoluxmanın qarşısını almaq və o cümlədən, yoluxarkən xəstəliyi yüngül şəkildə keçirtmək üçün vaxtında peyvənd olunmağı, ictimai yerlərdə maskalardan istifadə etməyi, mümkünsə insanların sıx toplaşdığı yerlərə getməməyi və digər ÜST-ün profilaktik tədbirlərinə riayət etməyi məsləhət görürəm".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub