Mərkəzi Gömrük Hospitalının şöbə müdiri XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib
26.03.2022 10:43
Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi, t.f.d., ümumi cərrah Namiq Novruzov 23-27 mart 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib.
 
Aztibb.az xəbər verir ki, beynəlxalq konqresdə dünyanın 30-a yaxın ölkəsindən 2 500-dən çox cərrah iştirak edib.
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi, t.f.d., ümumi cərrah Namiq Novruzov “Qaraciyər transplantasiyasından sonra erkən qreft disfunksiyası proqnozlaşdırılmasında Histonların rolu” mövzusunda çıxış edib.
 
N.Novruzovun təqdimatı böyük maraqla qarşılanıb, məruzəçi bir çox sualları cavablandırıb.
 
Beynəlxalq konqresdə, həmçinin cərrahiyyədə yeniliklər, qaraciyər və öd yollarının cərrahiyyəsi sahəsində əldə edilən uğurlar barədə danışılıb, cərrahiyyəyə dair videolar nümayiş etdirilib, müalicə prinsipləri və cərrahiyyə sahəsində aparılan işlər ətrafında geniş müzakirələr yer alıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır