Səbəbsiz anemiya aşkarlanarsa çoxsaylı Mieloma xəstəliyinin olması inkar edilməlidir - Hematoloq
25.03.2022 10:04
Bu ilin mart ayı Çoxsaylı Mieloma xəstəliyi ilə bağlı maarifləndirmə ayı kimi qeyd olunur.
Qanyaradıcı sistemin xroniki bədxassəli xəstəliyi olan mieloma xərçəngin bir çox növlərindən fərqlənir.
Aztibb.az xəbər verir ki, xəstəliyin əlamətləri, profilaktikası və müalicəsi barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri, həkim hematoloq Şəhla Şabanova məlumat verib.
Həkimin sözlərinə görə, çoxsaylı Mieloma xəstəliyi tək bir şiş kimi deyil, sümük iliyində anormal plazma hüceyrələrinin yığılması və qanda zülalın anormal miqdarda olması şəklində özünü büruzə verir. Bu zaman xəstə sümüklərdə ağrı, ürəkbulanma, halsızlıq, tez yorulma halları ilə üzləşir. Həmçinin, xəstədə patoloji sınıqlar, arıqlama, infeksiyalara tez-tez yoluxma müşahidə olunur. Azacıq hərəkət zamanı belə sümüklər sınır. Gecikmiş formalarda böyrək şikayətləri, Oliqo-Anuriya halları (sidiyə çıxmanın zəifləməsi və ya bəzən tamamən itməsi) da rastlanır. Başlanğıc mərhələdə adi qan analizinin nəticələrində anemiya, həm də yüksək EÇS dəyəri aşkarlanarsa, onda çoxsaylı Mieloma xəstəliyindən şübhələnmək olar.
Hematoloq Ş.Şabanovanın sözlərinə görə, bu xəstəliyin yaranma səbəbi hələ də tam bəlli deyil. Belə qəbul olunub ki, kimyəvi maddələr, neft və radiasiyaya məruz qalmaq xəstəliyi yaradan amillər sırasındadır. Çoxsaylı Mieloma hüceyrələri sümük iliyində yaranıb artdığı üçün xərçəng hüceyrələrinin sağlam sümük hüceyrələrinin istilasına səbəb olur.
Daha çox 50-60 yaşlı insanlarda aşkar edilən çoxsaylı Mieloma riski yaşla artır. Statistikaya görə, qadınlara nisbətən kişilər bu xəstəliyə daha çox meyllidirlər. Xəstəliyin diaqnostikası laborator, radioloji müayinələr, sümük iliyi aspirasiya və biopsiya, immumofiksasiya testləri əsasında aparılır. Vaxtında hematoloji müayinə və müalicənin aparılması xəstə ömürlük əlil olmasının, dializdən asılı qalmasının qarşısını alır və uzun müddət yaşamasına şərait yaradır. Ş.Şabanova qeyd edir ki, çoxsaylı Mielomanın müalicəsində böyük elmi irəliləyişin olması - yeni dərmanların yaradılması və müasir innovativ terapiyanın ortaya çıxması xəstələrin uzunmüddətli remissiyasına imkan verir. Hazırda bu xəstəliyin dərman müalicəsi, kortikosteroid müalicəsi, kimyəvi terapiya, radioterapiya, sümük iliyi transplantasiyası ilə icra edilir.
Həkimin bildirdiyinə görə, pasiyentlərin heç də hamısı innovativ müalicə metodlarından xəbərdar deyillər. Buna görə də xəstəliklə bağlı maarifləndirmə aylığının, müxtəlif tədbirlərin təşkili, məlumatların paylaşılması mühüm əhəmiyyət kəsb edir.
Həkim Ş.Şabanova qeyd edib ki, hər qan azlığı çoxsaylı mieloma xəstəliyi demək deyil. Bununla belə, səbəbsiz anemiya aşkarlanarsa bu xəstəliyin araşdırılması və hematoloji chek-up aparılması tövsiyə edilir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

