ATU-nun Debat klubunun XXll Daxili turniri keçirilib
24.03.2022 16:33
Azərbaycan Tibb Universitetinin (ATU) Debat klubu tərəfindən XXll Daxili turnir keçirilib.
 
Aztibb.az xəbər verir ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və ATU Tələbə Həmkarlar İttifaqının (THİK) dəstəyi ilə baş tutan turnirin açılış mərasimində bir sıra universitetlərdən fəxri qonaqlar iştirak ediblər.
 
ATU THİK sədri Qoşqar İsmayılov giriş nitqi ilə çıxış edərək turnirin təşkili haqqında danışıb, builki tədbirin təfərrüatlarını açıqlayıb. O, ATU THİK-in Debat klubuna yeni qoşulan tələbələri təbrik edib.
 
“Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Ülviyyə Axundova turnir iştirakçılarına uğurlar arzulayıb, onları aktiv olmağa çağırıb.
 
Açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klubunun sədr müavini Vüqar Məmmədov, Azərbaycan Turizm və Menecment Universitetinin təcrübəli debatçıları Nicat Qasımlı, Anar Nuruzadə, Samir Əliyev və Əli İsgəndərli, Azərbaycan Texniki Universitetinin təcrübəli debatçısı Sübhan Tağızadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin debat klubunun sədri Rüstəm Babazadə da iştirak ediblər.
 
İyirmi iki komandanın iştirakı ilə əyləncəli formada baş tutan turnirin finalına "TNF-Alfa" və " Machiavellianism" komandaları vəsiqə qazanıb. Final oyununda hakimlərin qərarına əsasən "Machiavellianism" komandası XXll daxili turnirin çempionu adına layiq görülüb.
 
Qeyd edək ki, qalib komandanın heyəti l spiker Rəvan Novruzov, ll spiker Fidan Seyfullayeva və lll spiker Selcan İsmayılovadan ibarətdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır