Xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin ev şəraitində müalicəsi ÜSULLARI
24.03.2022 14:31

Nefroloq Barat Yusubov xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin ev şəraitində müalicəsi üsullarını açıqlayıb.

 

Aztibb.az həmin tövsiyələri təqdim edir:

- Dəridə quruluğu artıran və dərinin həssaslığını oyadan faktorlardan uzaq olmaq;
- Çox isti və ya çox soyuq ortamlardan uzaq olmaq;
- İlıq su ilə və qısa müddətli vanna qəbul etmək və yuyunmaq;
- Dərini daha az qurudan sabunlardan istifadə etmək ( Dove, Sebamed, Neutrogena, Eubos);
- Nəmləndirici və yumuşaldıcı kremlərdən istifadə etmək (duş qəbulu zamanı və sonra): Bu zaman törə və laktik turşu tərkibli nəmləndiricilər yararlı ola bilər. Xüsusilə də çimdikdən sonra nəmli dəriyə çəkilən bu vasitələr nəmi dəriyə hopdurma qabiliyyətinə malik olur. 
 
Bu məqsədlə istifadə olunan nəmləndiricilər aşağıdakılardır:
 
- Salmandol (vanna üçün tibbi yağ )
 
- Nutraplus 10% losyon
 
- Exsipial Hydro 2% emulsiya və s. Bu vasitələr yalnız həkim göstərişi əsasında istifadə edilməlidir.
 
Günəşdən qorunma: Günəşdən dərini qorumaq üçün buna uyğun geyimlər, və gündən qoruyucu vasitələr seçilməlidir.
 
Tez-tez özünü (dərini) müayinə etmək mütləqdir: Dəridə əmələ gələ biləcək infeskiya, allergik reaksiyalar və dəri xərçənginin erkən təyini çox vacibdir.
 
Bu səbəbdən dəridə hər hansı bir problem aşkarladıqda mütləq həkimə müraciət edin.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub