Analiz verməmişdən öncə hansı vacib qaydalara riayət olunmalıdır? - Reanimatoloq AÇIQLADI
24.03.2022 12:33
Bir çox xəstəliklərin diaqnostikası zamanı müxtəlif analizlərdən istifadə olunur. Analizlərin düzgün nəticələri nümunələrin düzgün yığılmasından və verilməsindən asılıdır. Analizin cavabının düzgün çıxması üçün müəyyən qaydalara riayət edilməlidir. 
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da bu barədə tövsiyələr verib.
 
Analizi qandan vermək istəyənlər aşağıdakılara diqqət etməlidir:
 
- Ən azı 12 saatlıq tam ac olmaq lazımdır.  Axşam yeməyi yüngül olmalıdır. Koffeinli içkilər (kola, tünd çay, enerji içkiləri, kofe və s.) olmaz. Həmçinin yerkökü, balqabaq, sitrus meyvələri yemək olmaz. Biokimyəvi analiz verəcəksinizsə, axşam yeməyi ümumiyyətlə məsləhət görülmür.
 
- Analiz verməmişdən qabaq 3 gün ərzində yağlı qidalardan imtina etməlisiniz.
 
- Analizdən qabaq 2 gün ərzində alkoqollu içkilər, isti vanna, sauna və fiziki yüklənmə olmaz.
 
- Əgər sizdən həm də rentgen tələb olunursa, əvvəlcə rentgendən keçməməlisiniz. Qan analizi bütün müayinələrdən və terapevtik prosedurlardan - masaj, iynə vurulması və s. öncə olmalıdır. Həm də labaratoriya önündə növbə olmasa belə, ilk növbədə qan analizi verilməlidir. Analizdən ən azı 15 dəqiqə öncə dincəlməlisiniz. Laboratoriyanın 1-ci mərtəbədə olması daha yaxşı olar. Belə olan halda pasiyent pilləkənləri qalxmaq məcburiyyətində qalmaz.
 
- Analiz verdiyiniz gün dişləri yumaq, saqqız çeynəmək olmaz.
 
- Hormon analizi veriləcəksə, 1 ay əvvəldən bütün hormonal preparatlar dayandırılmalıdır (həkim icazə verirsə).
 
- Qalxanvari vəz hormonu analizindən əvvəl 3 gün ərzində yod tərkibli preparat, yodla zəngin qida, qoz, yodlaşdırılmış duzdan istifadə olmaz.
 
- Hipofiz və cinsi hormon analizi veriləcəksə, analizdən qabaq 2 gün ərzində cinsi əlaqə olmaz. 
 
Həkim əlavə edib ki, qeyd olunan qaydalara riayət olunmazsa, analizləri təkrar vermək lazım olacaq, yaxud pasiyentə düzgün olmayan müalicə tətbiq olunacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub