ÜST: Ukraynada tibb müəssisələrinə 64 hücum faktı təsdiqlənib
24.03.2022 09:49

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynada tibb müəssisələrinə 64 hücum faktını təsdiqləyib.

 

Aztibb.az-ın xəbərinə görə, bunu təşkilatın Baş katibi Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə qeyd edib.

 

“ÜST müharibə başlayandan səhiyyə müəssisələrinə 64 hücumu təsdiqləyib və biz digər hücumların təsdiqlənməsi prosesini aparırıq. Səhiyyəyə hücum dayandırılmalıdır. Səhiyyə sistemləri, obyektləri və səhiyyə işçiləri hədəf deyillər və heç vaxt da olmamalıdırlar”, - deyə Qebreyesus bildirib.

 

ÜST-nin Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayan bildirib ki, müharibə səbəbindən milyonlarla ukraynalı qaçqın düşüb. Qaçqın ailələrin 32%-də xroniki xəstə, 20%-ə yaxınında isə əlil var.

 

M. Rayan əlavə edib ki, Ukraynada səhiyyə müəssisələrinə getmək bir çox hallarda həyati təhlükəyə çevrilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır