Səhiyyə naziri: Gürcüstan pandemiyanın sonuna yaxınlaşır
23.03.2022 08:56

Gürcüstan koronavirus pandemiyasının sonuna yaxınlaşır. Ölkədə COVID-19-a yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsi və gündəlik yoluxma halları əhəmiyyətli dərəcədə azalıb.

 

Aztibb.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili söyləyib.

 

Onun sözlərinə görə, xəstəxanalarda müalicə olunan koronavirus xəstələrinin sayı 800-dən azdır. Ölüm hallarında da xeyli azalma var. Son günlərdə ölüm faktları 8-10 arasında dəyişib ki, bu da son bir il ərzində ən aşağı göstəricidir.

 

Qeyd edək ki, Gürcüstanda son sutkada 1053 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 643 295-ə, ölənlərin sayı isə 16 678-ə yüksəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib